İsveçin “Norrköpinq” klubunda icarə əsasında çıxış edən İtaliyanın “Milan” futbol klubunun hücumçusu Emil Robek İsveçdə itkin düşüb.
Aznews.az- ın xəbərinə görə, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb .
Nəşr bildirir ki, son 14 gün ərzində idmançını heç kim görməyib. Eyni zamanda, İsveç klubunun nümayəndələri və futbolçunun ailəsi ona nə baş verdiyini bilmirlər.
Qeyd olunur ki, Robek iki həftə məşqdə olmayıb və digər komanda üzvlərinə yoxluğu ilə bağlı xəbərdarlıq etməyib. Hazırda İsveç mətbuatı idmançının itkin düşdüyünü yazır.
Mövsüm