Ömrü uzadan dərman tapıldı

2 Avqust 2013 19:15 (UTC+04:00)
Diabet xəstəliyi zamanı qanda şəkərin miqdarının azaldılması üçün metformin preparatından geniş istifadə olunur.

ABŞ-ın milli qocalma institutunun əməkdaşı Rafael de Kabo və həmkarları həmin dərmanın gözlənilməz xüsusiyyətini aşkar ediblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu dərman mikroskopik dozalarda siçana veriləndə həmin siçanın ömrü uzanıb.

Metformin maddələr mübadiləsinə təsir göstərir.

Təhqiqat zamanı siçanlara 0,1%-dən 1%-ə qədər dozada dərman verilib. Yüksək doza toksiki effekt verib. Heyvanların ömrü 14% azalıb. 0,1% doza qəbul olunduqda isə müsbət effekt verib. Heyvanların növündən asılı olaraq ömürləri 4-5, 8% uzanıb.

Tədqiqat onu da təsdiq edib ki, bu preparat hüceyrələrin enerji "fabriki" sayılan mitoxondrinin işini dəyişir.

AzNews.az