"VƏTƏN MÜHARİBƏSİ İLƏ BAŞLAYAN TARİXİ QƏLƏBƏMİZ" -Gülay Sadıqova

20 Oktyabr 2023 17:07 (UTC+04:00)

VƏTƏN MÜHARİBƏSİ İLƏ BAŞLAYAN TARİXİ QƏLƏBƏMİZ

2003-cü il oktyabrın 15-də yekdil qərarla İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu. Xalq əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi tamamlanmamış işlərini onun davamçısı İlham Əliyev müdrik siyasəti nəticəsində tamamlayacaqdır. Prezident İlham Əliyev 20 il öncə ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və Qurani-Kərimə əl basaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyinə and içmişdi. Ölkəmiz həmin dövrdə siyasi cəhətdən sabit vəziyyətdə olsa da, 20 faiz torpağımız işğal altında olaraq qalırdı. Prezident seçildiyi gün Ali Baş Komandan İlham Əliyev bayrağımız qarşısında diz çökərək və düşmənlərimizə diz çökdürəcəyinə and içdi. Bəli, artıq 20 il tamamlandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi sözü tutaraq 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı əsl sahibinə qaytardı. Şanlı bayrağımız Xankəndidə dalğalanır. Bayraq dövlətin mənliyi, namusu, qürur mənbəyidir. Bu gün xalqımız qürur hissi ilə illər öncə yaşadığı çətin, iztirablı, keşməkeşli günlərin Zəfər günü ilə əvəz olunduğu tarixi anlara şahidlik edir. Bəzi qüvvələr Qarabağın tam azad edilmədi deyərək qələbəmizə kölgə salmağa çalışırdılar. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və strateji bacarığı sayəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə şəhərlərində şanlı bayrağımız sancıldı və xalqımızın şan-şöhrəti dünyaya yayıldı. Prezidentimiz dünyaya sübut etdi ki, xalqımız güclüdür, yenilməzdir. Rəşadətli Azərbaycan ordusu illər keçsə də, torpaqlarına olan sevgisini qanı, canı bahasına əldə etməyin mümkünlüyünü yeni bir tarix yazaraq gerçəkləşdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə çıxışı zamanı bildirdi ki, bu bizim mərd oğullarımızın əsgər zabitlərimizin qələbəsidir. Çətinliklərə sinə gərən, yumruq kimi birləşən xalqımızın haqq savaşında şər üzərində zəfəridir. Xalqımızın qüdrəti, birliyi Azərbaycanın Zəfər tarixinin yenidən yazılmasıdır. Xankəndidə əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə hər bir azərbaycanlı qürur hissi keçirir.
Xankəndi şəhərində bayrağımızın dalğalanmasının 15 oktyabrda olması təsadüfü deyildi. Ali Baş Komandan hakimiyyətə gəlişinin 20 illiyində verdiyi sözü tutataraq zədələnmiş qürurumuzu bərpa etdi. Bu onu göstərdi ki nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir. Dövlət başçısının Xankəndində bayrağımızı qaldırması Qarabağ salnaməsinin əsasını qoydu və uğurumuzun simvoluna çevrildi.
Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz sevgisi ilə əlaqədardır. Xalqımıza qarşı olan bağlılığı onun üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla yerinə yetirməsinin əsas səbəb faktoru kimi çıxış edir. Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib ayrıldı məqsədinə nail oldu.
Xankəndiyə sancılan bayrağımızı görərkən biz nə qədər sevinc hislərinə sahib oluruqsa, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu da bir o qədər şad olur. Ümummilli lider bütün mənalı və şərəfli ömrünü Vətəninə və xalqına həsr etdi, bizim üçün böyük bir dövlət qurdu. İndi ruhu rahatdır ki, işğal edilmiş torpaqlarımız azad edilib, yaratdığı dövlətin tam suverenliyi bütün ölkə ərazisində təmin olunub. Şəhidlərimiz də məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları da qürurlanırlar. Müzəffər Ali Baş Komandanın strateji əhəmiyyətli qərarları və uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazın həm də Cənubi Qafqazın ən güclü dövlətidir. Regionla bağlı qərarlar və ya beynəlxalq əhəmiyyətli məsələlər Azərbaycanın iştirakı olmadan həll edilə bilməz.

Gülay Sadıqova
Ana Vətən Partiyasının üzvü

Aznews.az