ABŞ prezidenti Co Bayden Təl-Əvivə gedərək İsraili dəstəklədiyini açıqlayıb. HƏMAS-ın Fələstini təmsil etmədiyini bildirən Bayden, Qəzzada xəstəxanaya edilən hücumla bağlı qarşı tərəfdən icra olunduğu ilə bağlı fikir səsləndirib. Bayden İsrailə 100 milyon dollar yardım edəcəyini bildirib.Netanyahu ABŞ-ın qeyd-şərtsiz dəstəyinə görə Baydenə təşəkkür edib. Bayden bu gün burada olmağının səbəbini İsrail xalqı olduğunu deyib.
Amerikalıların İsraillə birlikdə yas tutduğunu ifadə edən Bayden, "terror qruplaşması" olaraq xarakterizə etdiyi HƏMAS-ın 31-i ABŞ vətəndaşı olmaqla 1300-dən çox insanı qətlə yetirdiyini, HƏMAS-ın aralarında uşaqlar da daxil olmaqla bir çox insanı girov götürdüyünü və onların başına gələnləri dilə gətirib. Bu mövzuda öhdəsindən gəlməli çox şey olduğunu vurğulayan Bayden, "bu vəziyyətdə olan günahsız fələstinlilərin" həyatlarını qorumaq üçün edilməsi lazım olanların əhəmiyyətinə işarə edib.
Baydenin Təl-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi, daha sonra İordaniya kralı Abdulla, Misir prezidenti Əbdülfəttah Əl Sisi və Fələstin prezidenti Mahmud Abbasla görüşmək üçün İordaniyaya gedəcəyi gözlənilirdi. Lakin xəstəxana hücumundan sonra onlar bundan imtina edib. Kirbi qeyd edib ki, Bayden İsraildən qayıdandan sonra tərəflərlə, xüsusilə Misir və Fələstinlə telefon diplomatiyasını davam etdirəcək.
Bu bəyanatlardan görünür ki, Baydenin İsrail səfəri münaqişənin həllinə nail olmaq deyil, əksinə İsrailin arxasında ABŞ-ın dayandığını dünyaya duyurmaqdır. Bundan əlavə ABŞ Prezidenti İsraildə olan zaman Qəzza yenidən bombalandı. Vaşintqon münaqişələrdə moderator imicini heç bir zaman qazana bilməyib. Bunu ən son elə Rusiya-Ukrayna münaqişəsində də gördük.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi