Vəkillər Kollegiyası Əmir Əliyevə mühüm vəzifə verdi

22 Oktyabr 2023 20:07 (UTC+04:00)

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev Vəkillər Kollegiyası Akademiyasının rəhbəri təyin edilib.

Bu barədə AzNews.az BDU-nun Hüquq fakültəsinin rəsmi səhifəsinə istinadən məlumat verir.

Qeyd edək ki, Akademiyanın təsis olunması barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 oktyabr 2023-cü il tarixli iclasında qəbul edilib.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov da öz Facebook səhifəsində paylaşım edib.

Anar Bağırov yazıb:

"Akademiyaya rəhbərlik elm və təhsil sahəsində böyük təcrübəyə malik olan Vəkillər Kollegiyasının üzvü, h.e.d., professor Amir Ibrahim Aliyev həvalə olunmuşdur. Hörmətli Əmir müəllimin yüksək peşəkarlığı yeni qurumun gələcək uğurlu fəaliyyətini təmin edəcəkdir".

Məlumatın yayılmasından sonra sosial şəbəkələrdə professor Əmir Əliyevə tələbələri və ölkənin tanınmış ziyalıları tərəfindən çox sayda təbrik ünvanlanıb. Təbrik mesajlarında Əmir Əliyev vətənpərvər insan, peşəkar hüquqşünas, görkəmli alim kimi xarakterizə olunub.

AzNews.az analitik-informasiya portalı olaraq professor Əmir Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

AzNews..az