Prezident İsmayıllıya gedəcək

2 Avqust 2013 14:34 (UTC+04:00)
Prezident İlham Əliyev seçkiöncəsi bölgələrə səfəri çərçivəsində İsmayıllı rayonuna baş çəkəcək.


Modern.az-ın məlumata görə, ölkə başçısı 4 ildən sonra yenidən İsmayıllıya səfər edərək burada görülən işlərlə tanış olacaq, yerli sakinlərlə görüşəcək.

Səfərin bu ay baş tutacağı gözlənilir.

Rayon ərazisində hazırda prezidentin səfərinə ciddi hazırlıq işləri gedir. İsmayıllının icra başçısı Mirdamət Sadıqov ölkə başçısının etimadını doğrultmaq üçün rayonun xarici görüşündə bəzi dəyişikliklər edir. Prezidentin gəlişi ilə əlaqədar rayondaxili yollara yeni asfalt örtüyü çəkilir, yol kənarında görünən evlərin dam ötrükləri dəyişdirilir. İcra başçısı bütün inzibati strukturları ayağa qaldıraraq, prezidentin səfərinədək rayonda görülən işlərin tamamlanmasını tapşırıb.

Prezidentin səfərinin dəqiq tarixi rəsmən bəlli olmasa da, ilkin ehtimallara görə, səfər avqustun ortalarında baş tutacaq.

İsmayıllı rayon İcra Hakimiyyətindən isə bildirilib ki, prezident İlham Əliyevin səfəri təxminən avqustun 10-a nəzərdə tutulub.

Ölkə başçısı 4 ildən sonra İsmayıllıda bir sıra açılışlarda iştirak edəcək. İcra hakimiyyətindən verilən məlumata görə, prezident İsmayıllıda regional Cüdo Mərkəzi, Avtovağzal, Qalacıq kəndində inşa edilən Su Elektrik Stansiyasının, Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının inzibati binasın açılışın edəcək. Dövlət başçısı həmçinin səfər çərçivəsind İsmayıllının ruslar yaşayan kəndinə - İvanovkaya baş çəkərək sakinlərlə görüşəcək.

Vəzifəyə gəlişi ilə sələfinin gözdən pərdə asmaq üçün tikdirdiyi obyektləri sökdürən yeni başçı prezidentin səfərinə ciddi hazırlaşır.

Pezident İlham Əliyev sonuncu dəfə İsmayıllı rayonunda 2009-cü ildə səfər edib. O zaman rayona Nizami Ələkbərov rəhbərlik edirdi.

AzNews.az