Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib

23 Oktyabr 2023 15:28 (UTC+04:00)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 24-də Z.Əsgərovun 60 yaşı tamam olur.