Abdullahian: "3+3" formatında növbəti görüşlər Türkiyədən sonra Bakıda və İrəvanda baş tutacaq

23 Oktyabr 2023 23:11 (UTC+04:00)

Biz "3+3" formatında gələcək görüşlərdə Gürcüstanın iştirakına ümid edirik.

Aznews.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, XİN başçıları səviyyəsində "3+ 3" formatında görüşün növbəti mərhələsi Türkiyədə keçiriləcək. Daha sonra isə Bakıda və İrəvanda növbəti görüşlər baş tutacaq.