Arif Hacılı Müsavat başqanlığından gedir - İsa Qəmbərdən anons

24 Oktyabr 2023 09:21 (UTC+04:00)

“Müsavat Partiyasının başqanı seçkilərinə qatılmaq fikrim yoxdur”.

Bu barədə partiyanın sabiq rəhbəri, Milli Məclisin keçmiş sədri İsa Qəmbər SR internet telekanalına müsahibəsində bildirib.

İ.Qəmbər qeyd edib ki, 2024-cü ildə keçiriləcək başqan seçkilərinə qatlmayacaq: “Musavat 2000-ci illərin əvvələrində partiya Nizamnaməsinə bir nəfərin iki dəfədən artıq başqan olmamağı tələb edən dəyişiklik edib. Zamanında bu qaydaya mən əməl etmişəm, indi də Arif Hacılı əməl etmək üzrədir. Mənim seçkilərə qatılmaq fikrim yoxdur. Namizədliyimi irəli sürməyəcəyəm”.