Baş redaktor barəsində həbs qətimkan tədbiri seçildi

2 Avqust 2013 15:36 (UTC+04:00)
"Nota-Bene" qəzetinin baş redaktoru Sərdar Əlibəyli həbs olunub.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, bu gün Xətai rayon Məhkəməsi S. Əlibəylinin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qeyd edək ki, S. Əlibəyli bir gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

AzNews.az