Vatikanın köklü ali təhsil ocaqlarından biri olan Papa Şərqşünaslıq İnstitutunda türkcə dərslərindən sonra Dr. Osmanlı tarixi ilk dəfə Canan Parmaksızoğlu Aksoy tərəfindən öyrədilməyə başlanılıb.
Dr.Canan Parmaksızoğlu Aksoy Papa Şərqşünaslıq İnstitutunda dərs deyən ilk müsəlman və türk akademikdir.
Canan Parmaksızoğlu Aksoy, "Avropadakı müsəlmanların baxışını və İslamofobiyanın doğuşunu, Qərbdə İslam anlayışının əsaslarını və inkişafını, bu qavrayışın Şərq-Qərb münasibətlərinə təsirini izah edirəm. Məqsədim Bu kursu alan tələbələrə tarixə obyektiv baxmağı öyrətməkdir”,-deyə qeyd edib.
Papa Ofisinə bağlı olan və Yezuitlər tərəfindən idarə olunan 106 yaşlı Papa Şərq İnstitutu (Pontificio Istituto Orientale), Papa XV Benediktin göstərişi ilə yaradılmış və bütün diqqətini Şərqşünaslığa yönəlmiş və Şərq Kilsəsi ilə bağlı təlimlər verir.
Mövsüm
Aznews.az