Ermənistan Türkiyənin notasını cavablandırdı

2 Avqust 2013 16:22 (UTC+04:00)
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin notasını cavablandırıb.

APA-nın məlumatına görə, cavab notasında rəsmi İrəvan Türkiyə-Ermənistan sərhədində baş vermiş insidentə görə təəssüfünü ifadə edir və bu cür insidentlərin gələcəkdə təkrarlanmayacağına ümidvar olduğunu bildirir.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi sərhəddə türk çobanın öldürülməsi ilə bağlı Ermənistana nota verib. Ankara İrəvanı qeyri-bərabər güc tətbiq etməkdə günahlandırıb. Notada Türkiyə vətəndaşının sərhəd xəttini qanunsuz keçməsinin səbəbləri izah olunur və Ankara qeyri-bərabər güc tətbiqi ilə bağlı izahat tələb edib. Nota Ermənistana Türkiyənin Tiflisdəki səfirliyi vasitəsilə göndərilib.


AzNews.az