İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı videoçarx hazırlanıb

26 Oktyabr 2023 13:55 (UTC+04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı videoçarx hazırlayıb.

Videoçarxda Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhəri, Laçın rayonunun Zabux kəndinə qayıdışdan görüntülər əks olunub.

Görüntülərdə insanların öz doğma ata-baba yurduna sevinclə qayıtdıqları müşahidə edilir.

Həmin görüntüləri təqdim edirik.