Balıq ovu məhdudlaşdırıla bilərmi? - HÜQUQİ CAVAB

26 Oktyabr 2023 18:06 (UTC+04:00)

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi ovçuların hüquqi maarifləndirilməsi layihəsini davam etdirir.

SUAL: Həvəskar ovu məhdudlaşdırıla bilərmi?

Cavab: Bəli, məhdudlaşdırıla bilər. Bu, "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının qanununda əks olunub. Qanunun 11-ci maddəsini nəzərə çatdırırıq:

Maddə 11. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur.

Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.

İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.

İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir.

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir.