Həssas qrupların hüquqları müdafiə olunur - LAYİHƏ

27 Oktyabr 2023 08:10 (UTC+04:00)

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi “Əhalinin həssas qruplarının iqtisadi, sosial və mədəni hüquqlar haqqında maarifləndirilməsi və bu hüquqların həyata keçirilməsi şəraitinin monitorinqi” adlı layihə həyata keçirir.

AzNews.az xəbər verir ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində maliyyələşdirilir.

Layihənin əsas məqsədi BMT-nin insan hüquqları üzrə müqavilə mexanizmlərini təşviq etmək, Azərbaycan dövlətinin iqtisadi, sosial və vətəndaş hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini həyata keçirmək, onların müdafiəsi istiqamətində hüquqi, maarifləndirici, ictimai və vəkillik tədbirlərini təşkil etməkdir. Həssas vəziyyətdə olan qrupların hüquqlarının qorunması, ölkədə iqtisadi və sosial hüquqların yaxşılaşdırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində Zaqatala rayonunda tədbir keçirilib.