Rüstəm Behrudi üzr istədi - VİDEO

2 Avqust 2013 19:54 (UTC+04:00)
Yazıçılar Birliyinin üzvü, şair Rüstəm Behrudinin "Hamıya qalib gəlib özünü satan Bakı" adlı məqaləsində işlətdiyi qeyri-etik sözlərə etirazlar onu üzr istəmək məcburiyyətində qoyub. Amma şair onun düzgün başa düşülmədiyi qənaətindədir.

Şair ANS-ə müsahibəsində bəzi yalnış ifadələr işlətdiyini etiraf edib:

"Təbii ki, bu ədəbi dildədir. Dünya ədəbiyyatında bu var. İstanbul şəhərini hansı adlarla adlandırıb şairlər onu bir Allah bilir. Onda Orxan Vəlini gərək asardılar türklər. Ancaq Orxan Vəli bu gün də sevilən şairdir. Məni səhv başa düşüblərsə, üzr istəyirəm ".



AzNews.az