Region məktəblərinin psixoloqları üçün təlimlər keçirilir

27 Oktyabr 2023 09:59 (UTC+04:00)

Azərbaycan Gənclərinin Hüquqlarınının Müdafiəsi Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Region məktəblərində uşaqların təhsildən yayınma hallarının aradan qaldırılmasında məktəb psixoloqlarının rolunun artırılmasına ictimai dəstək” layihəsini icra edir.

Layihə çərçivəsində təlim iştirakçılarına və bu layihə ilə maarifləndirilən şəxslər, mütəxəssislər üçün bukletlərin hazırlanması, nəşri və təqdimi, psixoloqların fəaliyyəti üçün bələdçi olacaq metodik tövsiyyənin işlənilib hazırlanması, nəşrini, o cümlədən region məktəblərində fəaliyyət göstərən psixoloqlara psixoloji xidmət göstərərkən istifadə olunan metodikaların təqdim edilməsini və bu istiqamətdə həyata keçirilən təşkilati fəaliyyət reallaşdırılır.

Metodik tövsiyyə müasir təhsil müəssisisəsində fəaliyyətə başlayan gənc psixoloqlar üçün hazırlanmışdır və eyni zamanda artıq fəaliyyətini bu istiqamətdə qurmuş psixoloqlar üçün də faydalı olacaqdır. Kitabça özündə hazırda məktəbdə psixoloji xidmətin aktual problemlərini, məktəb psixoloqunun qanunvericilik bazasını – Psixoloi Yardım Haqqında Azərbaycan Respublikasının Qanunu, Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu, Təhsil Müəssisələrində Psixoloji Xidmətin Təşkili, Qaydaları, Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsindən irəli gələn müddəaları, məktəb psixoloqunun fəaliyyətinin əsas istiqamətlərini – psixoloji maarifləndirmə, psixodiaqnostika, psixokorreksiyanın tətbiqi yolları və bəzi metodikalarını, o cümlədən də psixoloji fəaliyyətin planlaşdırılmasını özündə ehtiva edir.

Azərbaycan Gənclərinin Hüquqlarınının Müdafiəsi Mərkəzi cari layihə çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran və Daşlıq Şirvan regionlarında təlim kursları da təşkil etdi. Hər regionda ətraf rayon məktəblərində çalışan 20psixoloq təlim kurslarına cəlb edildi. Təlimlər zamanı psixokorreksiya, psixodioqnastika, özünüqiymətləndirmə və sair bu kimi treninq proqramları təqdim edilib.