Əfqanıstanda insident: ən azı 98 nəfər öldü

2 Avqust 2013 21:50 (UTC+04:00)
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində taliblərlə ordu arasında baş vermiş döyüş nəticəsində ən azı 98 nəfər ölüb.

APA-nın "Газета.Ru"ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 22-nin polis və hərbçi, qalanlarının isə "Taliban" hərəkatının üzvləri olduğu bildirilir.

Le Soir nəşri qeyd edir ki, döyüş əfqan hərbçilərindən ibarət konvoyun taliblərin qurduğu pusquya düşməsindən sonra başlanıb.

AzNews.az