Prezidentin iqamətgahı yaxınlığında partlayış oldu

3 Avqust 2013 07:27 (UTC+04:00)
Honduras prezidenti Parfirio Lobonun paytaxt Teqesiqalpa ətrafındakı iqamətgahının yaxınlığında müəyyənləşdirilməsiş partlayıcı qurğu işə düşüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xəbəri Meksika KİV-i yayıb.

İlkin məlumata görə, partlayış iqamətgahdan 100 metr aralıda, binanın girişindəki postun yanında baş verib. Xəsarət alan yoxdur. Şahidlər bildiriblər ki, partlayıcı yoldan keçən maşından naməlum şəxslər tərəfindən atılıb.

Partlayış zamanı prezident Parfirio Lobo həyat yoldaşı və üç övladı ilə birlikdə iqamətgahda olub.

İnsidentdən dərhal sonra hadisə yeri polis və Honduras ordusunun hissələri tərəfindən mühasirəyə alınıb. Partlayıcının atıldığı güman edilən avtomobilin axtarışlarına başlanılıb.

AzNews.az