Cəbhədə gərginlik davam edir

3 Avqust 2013 07:59 (UTC+04:00)
Ermənilər atəşksi pozub.

Müdafiə Nazirliyindən AzNews.az verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az