Yaponiyada zəlzələ

3 Avqust 2013 08:10 (UTC+04:00)
Mərkəzi Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Yaponiya Meteoroloji Xidmətin yaydığı məlumata əsasən, yeraltı təkanların episentri Sidzuoka prefekturasında, 40 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Təkanlar Yaponiyanın paytaxt bölgəsi də daxil olmaqla Xonsyu adasının mərkəzindəki 14 prefekturasında hiss edilib

AzNews.az