SOCAR: “Azərbaycanda qaz istehlakı 2 % azalıb”

30 Oktyabr 2023 18:49 (UTC+04:00)

Bu ilin iyul-sentyabr aylarında Azərbaycan ərazisində təbii qaz istehlakı 2 milyard 486 milyon 221 min kubmetr təşkil edib.

Bu barədə Aznews.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ilin üçüncü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasında deyilir.

Bu, 2022-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 50 miyon 155 min kubmetr və ya 1,98 % azdır.