Ermənilərin öldürdüyü çoban azərbaycanlı imiş

3 Avqust 2013 08:46 (UTC+04:00)
Erməni hərbçiləri tərəfindən qətlə yetirilən türkiyəli çoban Mustafa Ülkərin əslən azərbaycanlı olduğu məlum olub.

"Qafqazinfo" erməni mətbuatına istinadən xəbər verir ki, iyulun 31-də Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanan və aldığı yaralardan vəfat edən 35 yaşlı Ülker Akyaka məzarlığında dəfn olunub.

Cənazə mərasimindən sonra açıqlama verən Akyaka icra təmsilçisi Osman Uğurlu mərhum çobanın əslən azərbaycanlı olduğunu deyib.

Qeyd edək ki, Türkiyə bu hadisəyə görə Ermənistana nota verib. Ermənistan da notaya cavab olaraq baş vermiş hadisə ilə bağlı təəssüfləndiyini və gələcəkdə belə halların baş verməyəcəyini ifadə edib.

AzNews.az