“Qazprom” və Özbəkistan hökuməti enerji sektorunda strateji əməkdaşlıq memorandumu imzalayıblar.
Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində “Qazprom”un baş direktoru Aleksey Miller və Özbəkistanın energetika naziri Jurabek Mirzəmaxmudov arasında işgüzar görüş baş tutub.
"Görüşdə Aleksey Miller və Jurabek Mirzəmaxmudov enerji sektorunda strateji əməkdaşlıq memorandumu imzalayıblar. Sənədə əsasən, tərəflər tədarükçülər və qazın nəqli sahəsində, karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirmək niyyətindədirlər ", - Qazprom bildirib.
Tərəflər Rusiya qazının oktyabr ayından etibarən Qazaxıstan ərazisi ilə Özbəkistana nəqlini də müzakirə ediblər.
Mövsüm