Gürcüstan prezidenti Salome Zurabişvili “bütün qırmızı xətləri” aşır və keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv edə bilər.
Aznews.az xəbər verir ki, bu barədə ölkənin hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze məlumat verib.
“Biz Salome Zurabişvilidən heç nəyə təəccüblənmirik. O, yavaş-yavaş bütün qırmızı xətləri keçir, ona görə də bu xətti sona qədər keçib-keçməyəcəyini bilmirəm (Saakaşvili əfv edib-etməyəcək. - Red.)”,-deyə İrakli Kobaxidze TV IMEDI tərəfindən yayımlanan mətbuat konfransında deyib .
Koxabidze vurğulayıb ki, Gürcüstan prezidentinin belə bir qərarı ölkə xalqına xəyanət olacaq. Zurabişvili keçmiş dövlət başçısının cinayətlərinin kökündən yolverilməz olduğu insanlar tərəfindən seçilib, hakim partiyanın sədri əlavə edib.
Mövsüm