Azərbaycanın siyasi partiyaları gələn il büdcədən 5 milyon manat vəsait alacaq

1 Noyabr 2023 20:45 (UTC+04:00)

Gələn il Azərbaycanın dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

"Aznews.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsait VI çağırış Milli Məclisinin deputatlarının təmsil olunduğu partiyalara çatacaq.