Azərbaycanda qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə xərclər kəskin artırılır

1 Noyabr 2023 22:09 (UTC+04:00)

2024-cü ildə Azərbaycanda dövlət büdcəsindən qanın bədxassəli xəstəlikləri ilə mübarizə tədbirləri üçün 13 milyon manat ayrılması nəzərdə tutulur.

"Aznews.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 80,6 % çoxdur.

Bundan başqa, qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlər üçün xərcləmələr isə 2,9 dəfə artırılaraq 4,5 milyon manata çatdırılacaq.