Misir Qəzza zolağından 60-dan çox ölkədən 7 minə yaxın əcnəbi vətəndaşın təxliyəsi üçün səylər göstərir.
Aznews.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, XİN rəhbərinin köməkçisi bir gün əvvəl, noyabrın 1-də səfirlər və xarici diplomatik missiyaların nümayəndələri ilə Misirin Rəfah keçid məntəqəsinin açılmasına başlamaq səylərini müzakirə etmək üçün görüş keçirib. Bəyanatın mətnini Misirin “Al Ahram” nəşri dərc edib .
“Görüş zamanı o, 60-dan çox ölkədən sayı 7 minə yaxın olan əcnəbi vətəndaşların Qəzzadan Rafah vasitəsilə qəbulu və təxliyyəsini asanlaşdırmaq məqsədi ilə Misirin bütün aidiyyəti orqanlarının hazırkı hazırlığını müzakirə edib”, - XİN-dən bildiriblər.
Mövsüm