Prezident mindən çox məhbusu əfv etdi

3 Avqust 2013 13:30 (UTC+04:00)
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov mindən çox məhbusu Orucluq ayı münasibəti ilə əfv edib.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, ölkə başçısı bu haqda fərmanı hökumətin iclasında imzalayıb.

O, vilayət, rayon və şəhər rəhbərlərinə tapşırıb ki, azadlığa çıxanların işlə təmin etsinlər.

Qədr gecələri ilə bağlı əfv ölkədə 1999-cu ildən həyata keçirilir. İldə 3-4 dəfə dövlət bayramları münasibəti ilə əfv aksiyaları keçirilir.

Xaricdə çıxışlarından birində Q.Berdiməhəmmədov bildirib: "Türkmənistanda məhbusların sayı 10 mindən çox deyil".

AzNews.az