Polis postu atəşə tutuldu

3 Avqust 2013 10:07 (UTC+04:00)
Dağıstanın Kayakent rayonunda polis postu yaraqlılar tərəfindən atəşə tutulub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları maşınının saxlamaq istəyəndə, içəridə olan yaraqlılar atəş açmağa başlayıblar. Bunun nəticəsində 1 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb. Hazırda hadisə törədənlərin axtarışı aparılır.

AzNews.az