ABŞ Hərbi Dəniz Qüvvələri Ohayo sinfinə aid nüvə sualtı qayığının Yaxın Şərqə çatdığını bildirib.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-dəki səhifəsində Yaxın Şərqə göndərilən nüvə sualtı qayığı ilə bağlı açıqlama verib.
"5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı qayıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıb", -deyə paylaşımda qeyd edilib.
ABŞ HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında həyata keçirdiyi genişmiqyaslı hücumdan sonra İsrailin “mütəmadi olaraq pozuntularına cavab verməni” əsas gətirərək bölgəyə iki təyyarədaşıyan gəmi göndərib”.
Mövsüm