Sumqayıt və Neftçala sakinlərindən odlu silah götürüldü

3 Avqust 2013 10:43 (UTC+04:00)
Sumqayıt və Neftçala sakinlərində odlu silah aşkar edilərək götürülüb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Şəmsi Əşrəfovdan 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı , Neftçala rayon sakini Fərman Ağayevdən isə müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Araşdırmalar aparılır.

AzNews.az