Əlil gənc valideynlərinin gözü qarşısında yanaraq öldü - VİDEO

3 Avqust 2013 10:51 (UTC+04:00)
Avqustun 1-də Salyanda baş verən yanğının təfərrüatları məlum olub.

"Qafqazinfo" xəbər verir ki, rayonun T. Davudzadə küçəsində yaşayan Samid Kərimova məxsus 2 mərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra S. Kərimovun oğlu Vahidin yanmış meyiti tapılıb.

Qeyd edək ki, 22 yaşlı Vahid əlil olub.



AzNews.az