Cənubi Osetiya XİN sərhəddə güllələnərək öldürülən gürcünü Saakaşvilinin tərəfdarı adlandırıb

7 Noyabr 2023 16:45 (UTC+04:00)

Cənubi Osetiya ilə sərhəddə güllələnən Gürcüstan vətəndaşı ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin partiyasının tərəfdarı olub.

Aznews.az xəbər verir ki, bu barədə Cənubi Osetiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdə, sərhəd pozucuları sərhəd xidmətinin şəxsi heyətinə qarşı ifrat dərəcədə aqressivlik nümayiş etdirərək sərhədçilərin hərəkətin dayandırılması tələblərinə və silahdan istifadə ilə bağlı xəbərdarlıqlara məhəl qoymayıblar.

Qanun pozucularının tutulması istiqamətində həyata keçirilən tədbirlər zamanı onlardan biri yaralanıb, daha sonra ölüb, ikincisi isə saxlanılıb”, - məlumatda deyilir.

Respublika Xarici İşlər Nazirliyi bildirib ki, insident rəsmi Tbilisinin Gürcüstan ərazisinin Cənubi Osetiya ilə dövlət sərhədi xəttində bitdiyini tanımaqdan imtina etməsinin nəticəsidir.

“Gürcüstan rəhbərliyinin 30 ildən artıqdır ki, saxlamağa çalışdığı bu mövqeyin nəticəsi, digər məsələlərlə yanaşı, Cənubi Osetiya ərazisinə qeyri-qanuni olaraq nümayişkaranə şəkildə əlbir olmuş Gürcüstan vətəndaşlarının çoxsaylı saxlanmasıdır”, - nazirlikdən bildiriblər.

Mövsüm