İlk kişinin yaşı bəlli oldu
3 Avqust 2013 18:55 (UTC+04:00)
Dünyadakı bütün kişilərin əcdadı olan Adəmin yaşının dəqiqləşdirildiyi iddia olunur
Milli.Az Science Daily-yə istinadən bildirir ki, ABŞ-ın Stenford, Miçiqan və Stoni Bruk universitetlərindən ibarət alimlər qrupunun araşdırmalarından sonra hesablanmış hesabata görə, Adəm 120-156 min il əvvəl Afrikada yaşayıb.
Alimlər Namibiya, Konqo Demokratik Respublikası, Pakistan, Rusiya (Sibir və Volqaboyu bölgə), Meksika kimi bir çox ölkədən olan kişilərin orqanizmlərində atadan oğula keçən Y xromosomunun variasiyalarını tədqiq ediblər.
Y xromosomu ilə bağlı indiyədək aparılmış ən genişmiqyasıl araşdırma zamanı bəlli olub ki, dünyadakı bütün kişilərin ulu əcdadı Afrika sakinidir.
Stenford Universitetinin professoru, tanınmış genetik Karlos Bustamantenin dediyinə görə, bu minvalla genetika elmində indiyədək aksiom sayılan məqamlar alt-üst olur.
"Araşdırmamızın nəticələri göstərdi ki, kişilərin orqanizmindəki MRCA geni qadınlardakı MRCA ilə müqayisədə daha yaşlıdır. Bu isə kişilərin qadınlardan daha "böyük" olduğuna dəlalət edir", - Bustamante söyləyib.
AzNews.az