Samir Bağırov yaşadığı evdən qovuldu

3 Avqust 2013 11:41 (UTC+04:00)
Samir Bağırovu yaşadığı evdən qovublar. Milli.az-a daxil olan məlumata görə, tanınmış estrada ulduzu Samir Bağırov Nərimanov rayonunda kirayədə qaldığı mənzildən çıxarılıb.

Səbəb müğənninin ev pulunu vaxtında ödəməməsi olub.Borclu müğənninin hazırda harada qaldığı da bilinmir.

Qeyd edək ki, son bir il ərzində o, üç dəfə kirayə mənzil dəyişib. Bağırovun bizə məlum olan mobil telefonuna zəng edib açıqlama almaq istəsək də, cəhdlərimiz boşa çıxdı.


AzNews.az