Kosmosda qəbristanlıq tapıldı

3 Avqust 2013 12:10 (UTC+04:00)
Kolumbiyalı astronomlar Mars və Yupiterin orbitləri arasında kometa "qəbristanlığı" aşkar ediblər.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin məkana düşən "quyruqlu əcinnələrin" qalıqları zamanla canlanır və yenidən kometaya çevrilir. Məlumatı "Monthly Notices of the Royal Astronomical Society" jurnalı yayıb.

"Biz kometa qəbristanlığı tapmışıq. Təsəvvür edin - bütün bu asteroidlər Günəş ətrafında dövr edir və artıq milyon illərdir ki, heç bir aktivlik göstərmirlər. Biz onu da aşkar etdik ki, onların bəziləri ölü deyil, sadəcə "yatıblar", heç bir aktivlik göstərmirlər. Onların üzərinə düşən Günəş enerjisinin həcmi bir neçə faiz artsa, oyanacaqlar", - Antiokiya vilayətindəki Medelin şəhərinin universitetinin əməkdaşı İqnasio Ferrin bildirib.

AzNews.az