Afrikalı model məşuqu tərəfindən vəhşiçəsinə öldürüldü

3 Avqust 2013 19:30 (UTC+04:00)
Əslən Ruandadan olan Afrika gözəli Londondakı mənzilində vəhşicəsinə qətlə yetirilib.


Gün.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı Layna Keza üç yaşlı qızının gözü önündə məşuqu tərəfindən bıçaqlanıb.

Qızın 38 yaşlı məşuqu David Kikav sonradan polis məntəqəsinə gələrək günahını etiraf edib. "Miss Afrika" tituluna layiq görülən model Londondakı mənzilində ölü vəziyyətdə tapılıb.

Layna Keza ölməmişdən əvvəl evində quraşdırılmış "həyəcan düyməsi"ni basa bilib. Lakin polis çox gec gəlib. Hadisə səhər saat 4-də baş verib. Qışqırıq səslərini qonşular da eşidiblər.

Qonşulardan biri hətta evə də girib. Onu görən cinayətkar hadisə yerindən qaçıb. Model vanna otağında qətlə yetirilib.

Tanışların sözlərinə görə, model, 3 yaşlı qızın atası olan məşuqundan bir neçə həftə əvvəl ayrılıb.

AzNews.az