Macarıstan Aİ-nin Ukrayna məsələsi və Rusiyaya qarşı sanksiyalarla bağlı düzgün addımlar atdığını düşünmür.
Aznews.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto qeyd edib.
“Biz sakit, soyuqqanlı şəkildə, sağlam düşüncəni rəhbər tutaraq, Avropanın harada səhv etdiyini, Brüsselin niyə miqrasiyaya məcbur etməkdə davam etdiyini, Avropa iqtisadiyyatına ziyan vuran sanksiyaları nə üçün ikiqat azaltmağın lazım olduğunu və Planın olub-olmadığını düşünməliyik”, - baş diplomat özünün “Facebook” səhifəsində yazıb.
Siyarto "Aİ xarici işlər nazirlərinin Brüsseldəki bugünkü toplantısının bütün bu suallara cavab vermək üçün yaxşı fürsət ola biləcəyinə" diqqət çəkib. "Bu baş verəcəkmi? Ümidimizi üzməyək", - nazir əlavə edib.
Mövsüm