Gələn həftə dörd gün iş olmayacaq
3 Avqust 2013 12:00 (UTC+04:00)
Avqustun 8 və 9-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bayramla əlaqədar olaraq gələn həftənin cümə axşamı və cümə günləri Azərbaycanda qeyri-iş günüdür.
Bayram günləri həftənin son günlərinə düşdüyündən, şənbə və bazar günləri də nəzərə alınmaqla Azərbaycanda 4 gün iş olmayacaq.
Nazirlər Kabinetinin qərarı ilə 15 və 16 oktyabr tarixləri isə Qurban bayramı günü kimi qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər də iş günü hesab edilmir.
AzNews.az