Cahit Bağçı: "Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır"

14 Noyabr 2023 10:54 (UTC+04:00)

"Türkiyə tibb sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Ulu Öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan dövlət başçılarının deyil, eyni zamanda millətin də iradəsini əks etdirir: “Bu bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir. Biz bu gün akademik sahədə münasibətlərin genişləndirilməsindən danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-biri ilə daha da yaxınlaşmasında akademik sahədə mübadilənin faydalı olacağını düşünürəm”.