"Kataklizmlər göz önündədir.. Bunun bölgəmizə sıçraması ehtimalı istisna olunmur" -Fəzail Ağamalı

14 Noyabr 2023 13:04 (UTC+04:00)

"Dünyada baş verən ciddi kataklizmlər göz önündədir.. Bunun bölgəmizə sıçraması ehtimalı istisna olunmur. Ona görə də müdafiə və təhlükəsizlik üçün vəsaitin 17 faizdən 20 faizə qaldırılmasını vacib hesab edirəm".

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il 13 noyabr tarixli iclasında Millət vəkili Fəzail Ağamalı çıxışı zamanı qeyd edib.

Həmin çıxışı təqdim edirik:

Hörmətli xanım sədr, hörmətli Baş nazir və hökumət üzvləri, hörmətli həmkarlar və media təmsilçiləri!

Bir neçə gün öncə erməni faşizmi üzərində tarixi qələbəmizin 3 ilini böyük coşqu ilə qeyd etdik. Və qürur hissilə Müzəffər Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin Xankəndində keçirilən qələbə paradını da izlədik.

Yeri gəlmişkən qələbələrimizə əhəmiyyətli töhfələr verən Prezident Adminstrasiyasının bütün əməkdaşlarının, hörmətli Baş nazir Əli Əsədovun və onun aparatının, bütövlükdə hökumətimizin rolu danılmazdır və onlar ən yüksək alqışa layiqdilər.

Hökumətimiz artıq 3 ildir ki, qalib dövlətin büdcəsini yüksək peşəkarlıqla hazırlayıb müzakirəmizə təqdim edir. Əvvəlki illərdə olduğu kimi 2023-cü ilin büdcə proqnozu da uğurla yerinə yetirilmiş, dövlət proqramlarına fasilə verilmədən, iqtisadiyyatın dinamik inkişafı təmin olunmaqla, əhalinin sosial vəziyyətinin yüksəlməsinə xüsusi diqqət verilməklə, işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq və bərpa işləri aparılmaqla, ölkənin müdafiə qabliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinə xüsusi əhəmiyyət verməklə yanaşı, dövlətimizin valyuta ehtiyyatının 66 milyard ABŞ dollara çatdırılması Azərbaycan möcüzəsidir, məsuliyyətli, etibarlı, ləyaqətli, güclü Azərbaycan dövlət modelidir və dünyanı heyrətə gətirən bu möcüzənin müəllifi cənab prezident İlham Əliyevdir.

Naliyyətlərimiz göz önündədir. Cənab prezidentin formalaşdırdığı və idarə etdiyi peşəkar komanda iqtisadi və sosial sahədə də qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməklə, ölkəmizin qüdrətini artırmaqdadır.

Hörmətli Baş nazir Əli Əsədovun moderatorluğu ilə hökumət əvvəlki illərdə olduğu kimi 2023-cü ildə də nəzərdə tutulan büdcə gəlirlərinin əldə olunması proqnozlarını yüksək göstəricilərlə yerinə yetirmiş və növbəti 2024-cü il üçün əlverişli təməl formalaşdırmışdır.

Bütün bunlar büdcə lahiyəsində konkret rəqəmlərlə öz əksini tapmışdır.

Növbəti il ciddi çağırışlarla önümüzdədir. Dünyada baş verən silahlı toqquşmalar və onların doğurduğu iqtisadi və maliyyə kataklizmləri hökumətimizi daha gərgin çalışmağa səfərbər edəcəkdir. Biz iqtisadi və maliyyə gücümüzü artırmaqla bir tərəfdən müdafiə qabliyyətmizi və təhlükəsizliyimizi gücləndirməli, digər tərəfdən cəmiyyətin immunitetini möhkəmləndirmək üçün əhalinin sosial durumun sabitliyi davam etməli, başqa tərəfdən isə işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinin intensivliyini artırmalıyıq.

Əminəm ki, son 5 ilin mürəkkəb sınaqlarından uğurla çıxan, pandemiyanın, erməni işğalına qarşı gərgin mübarizənin doğurduğu çətin situasiyada bütün çağrışları qarşılamağı bacaran dövlətimizə ciddi töhfələr verən hökumətimiz 2024-cü ildə nəzərdə tutulan bütün proqnozları da peşəkarlıqla yerinə yetirəcəkdir.

Təqdim edilən büdcə layihəsi mükəmməl hazırlanıb və bütün çağırışlatrı özündə vehtiva edir. Onu məmnuniyyətlə qəbul etmək olar. Bir neçə təklifimi də diqqətinizə çatdırmaq istərdim.

1. Dünyada baş verən ciddi kataklizmlər göz önündədir.. Bunun bölgəmizə sıçraması ehtimalı istisna olunmur. Ona görə də müdafiə və təhlükəsizlik üçün vəsaitin 17 faizdən 20 faizə qaldırılmasını vacib hesab edirəm.

2. Xırda və orta sahibkarlığın inkişafını stimullaşdırmaqda onlara tətbiq olunan vergilərin yüngülləşdirilməsi və kreditlərin əl çatanlığını təmin edən faiz dərəcələrinin aşağı həddə çatdırılması müsbət rol oynayırdı.

Bu baxımdan Milli Bankda son vaxtlar aparılan islahatlar, xüsusilə uçot dərəcələrinin aşağı salınması təqdirəlayiqdir və sahibkarlığın maliyyələşməsində əhəmiyyətli rol oynayan bu tendensiya davam etdirilməlidir. Kreditlərin verilməsinin davamlılığını təmin etmək üçün Neft fondundan Mərkəzi Banka sərbəst vəsaitin ayrılması və həmin vəsaitin aşağı faizlə kommersiya banklarına verilməsi kredit faizlərinin aşağı salınmasına ciddi təsir göstərə bilərdi.

3. Ərazi bütövlüyümüz və suverenliyimizin təmin olunmasında əldə etdiyimiz qələbənin yüksək əhval-ruhiyyəsi tədbir olaraq növbəti illərdə tədricən zəifləyəcək və cəmiyyətimiz yeni çağrışlarla üz-üzə gələcəkdir. Bu, yeni iş yerlərinin və həyat şəraitinin daha da yaxşılaşdırılması kimi təbii yanaşmalarla müşahidə olunacaqdır. Hökumətimiz buna hazır olmalı və qabaqlayıcı tədbirləri həyata keçirməlidir.

Gənclərin məşğulluğunu artırmaq məqsədilə peşə hazırlığına və onların işlə təmin olunması növbəti illərin prioritet vəzifələrindəndir. Bu baxımdan tikinti sektorunun aktivləşməsinə, regionlarda emal müəssisələrinin və yüngül sənayenin inkişafı gözlənilən problemlərin həllinə müsbət təsir göstərirdi.

Diqqətinizə görə təşəkkür edirəm.