Minik maşını yük avtomobili ilə toqquşdu, yaralı var - FOTO

3 Avqust 2013 19:31 (UTC+04:00)
Bu gün günorta saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 10 LC 612 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı avtomaşınla 01 BK 713 dövlət nömrə nişanlı "Otoyol" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində "VAZ 21 06"-nın sürücüsü Quba rayon sakini, 1985-ci il təvəllüdlü Paşayev İntiqam Tacı oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az