Azərbaycanlı miqrantlar Moskvada çadıra yerləşdirildi

3 Avqust 2013 20:50 (UTC+04:00)
Çadır düşərgəsində yerləşdirilən qanunsuz miqrantların sayı 186-ya çatıb

Azərbaycanlıların da olduğu Moskva yaxınlığıındakı qanunsuz miqrantların yer alığı düşərgədə verilən qarabaşağın düyü ilə əvəzlənəcək.

ANS PRESS RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə miqrantlar xahiş ediblər. Çadır düşərgəsinə baxış keçirildikdən sonra ora ventilyator qoyulmasına qərar verilib.

Bundan başqa çadır düşərgəsinə yerləşirdilənlərin sayı getdikcə artır. İndi düşərgədə saxlanıların sayı 186-ya çatıb. Moskvada miqrantlara qarşı keçirilən reyddə saxlanılanlar arasında Vyetnam, Misir, Mərakeş, Suriya, Qırğızıstan, Azərbaycan və Özbəkistandandan olan şəxslər var.

Qeyd edək ki, qanunsuz miqrantlara qarşı reydlərə ötən şənbə Moskvanın Matvyeski bazarında polis idarəsinin kriminalisti döyüldükdən sonra başlanılıb.

AzNews.az