Ermənistan onu silahla təmin edəcək tərəfdaşlar axtarır

15 Noyabr 2023 17:39 (UTC+04:00)

Ermənistan onu silahla təmin edəcək tərəfdaşlar axtarır.

Aznews.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Nikol Paşinyan məlumat verib.

“Biz təhlükəsizliklə əlaqələrimizi şaxələndiririk, çünki təhlükəsizlik üzrə tərəfdaşlarımız obyektiv səbəblər də daxil olmaqla, bizə silah və sursat sata bilməzlər. Biz bu barədə açıq və birbaşa danışırıq”, o, parlamentdə hökumət saatı zamanı deyib.

Paşinyan hazırkı tərəfdaşlarını “inciməməyə” çağırıb. Onun sözlərinə görə, Ermənistan hazırda silah və hərbi texnikanın tədarükü ilə bağlı müqavilələr bağlamağa çalışır.

Baş nazir onu da bildirib ki, Ermənistan KTMT tədbirlərində iştirak etməyi planlaşdırmır, eyni zamanda təşkilatdan çıxmağa da hazırlaşmır.

Mövsüm