Bayden Si Cinpinlə görüşüb

15 Noyabr 2023 23:59 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin San-Fransisko yaxınlığındakı Filoli bağında görüşüblər.

Aznews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Kəşfiyyat orqanları iki ölkə liderlərinin görüş yeri ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib.

Filoli malikanəsindən 10 kilometr aralıda olan yol bağlanıb.