Paşinyan: “Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı siyasi iradəmiz sarsılmazdır”

16 Noyabr 2023 11:43 (UTC+04:00)

“Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradəmiz var”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu siyasi iradə sarsılmazdır.

“Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, - Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından gedir.

Nikol Paşinyan deyib ki, digər prinsip suverenliyin və yurisdiksiyaı əsasında regional kommunikasiyaların açılmasıdır. (report)