Növbəti hökumətdə təmsil olunacaq 4 nazirin adını açıqladı

3 Avqust 2013 21:25 (UTC+04:00)
İranın yeni elm və təhsil nazirinin adı məlum olub.

APA-ının İSNA-ya istinadən məlumatına görə, Məhəmməd Əli Nəcəfi bildirib ki, İranın yeni prezidenti Həsən Ruhani onu bu vəzifəyə təyin edəcək. Onun sözlərinə görə, İran Elm və Təhsil Nazirliyinin qarşısında iki əsas vəzifə durur: "Bu da müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin artılmasıdır". M. Nəcəfi İran Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncaninin prezidentliyi zamanında İranın Elm və Təhsil Nazirliyində işləyib.

Bundan əlavə, İran mətbuatı ölkənin xarici işlər naziri vəzifəsini icra edəcək şəxsin adını öyrənib. Bu, İranın BMT-dəki keçmiş diplomatı Məhəmməd Cavad Zərifdir. O, ABŞ-ın San-Fransisko şəhərinin Denver Universitetində beynəlxalq münasibətlər və hüquq fakültəsini bitirib.

Eyni zamanda İranın yeni neft naziri vəzifəsinə də Bizen Zəngənə təyin ediləcəyi açıqlanıb. Bu şəxs Əliəkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentlikləri dövründə 16 il bu il vəzifədə işləyib.

Qeyd edək ki, bundan əvvəl H. Ruhaninin irşad və mədəniyyət naziri postuna kimi təyin edəcəyi bəlli olub. Həmin şəxs Tehran cümə namazının rəhbəri, Ayətullah Əhməd Cənnətinin oğlu Əli Cənnətidir. O, vaxtilə İran İrşad və Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, İranın Küveytdə səfiri, daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini olub.

Ancaq H. Ruhaninin sözçüsü Məhəmmədrza Sadiq bildirib ki, İranın Nazirlər Kabinetində təmsil olunacaq şəxslərin siyahısı təkmilləşmək üzrədir və hələ də üzərində iş aparılır.


AzNews.az