Vaşinqtonda etiraz aksiyası zamanı 6 polis əməkdaşı yaralanıb

16 Noyabr 2023 12:52 (UTC+04:00)

"Vaşinqtonda etirazçıların Yaxın Şərqdə atəşkəs tələb etdiyi etiraz aksiyası zamanı altı polis əməkdaşı yaralanıb".

Aznews.az xəbər verir ki, bu barədə "Axios" portalının verdiyi məlumatda deyilir.

Xəbərdə "Hüquq-mühafizə orqanlarının əməkdaşları kiçik kəsiklərdən tutmuş bibər qazı və yumruqlardan yanıqlara qədər xəsarətlər alıblar",-deyə qeyd edilib.

Ümumilikdə aksiyalarda 150-yə yaxın adam iştirak edib, on nəfərə yaxını saxlanılıb.

Mövsüm