Böyük Britaniyanın yeni xarici işlər naziri ilk xarici səfərini Kiyevə edib

16 Noyabr 2023 13:11 (UTC+04:00)

"Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron Kiyevə işgüzar səfərə gəlib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb".

Aznews.az xəbər verir ki, bu barədə "BBC" telekanalı məlumat yayıb .

Kemeron Londonun münaqişə zamanı Kiyevi dəstəkləmək öhdəliyini təsdiqləyib, həmçinin Ukraynaya “mənəvi, diplomatik, iqtisadi, lakin hər şeydən əvvəl hərbi dəstək” verməyə davam edəcəyinə söz verib.

Ukrayna lideri Kemeronu yeni təyinatı münasibətilə təbrik edib, həmçinin ona yeni vəzifəsində Kiyevə ilk işgüzar səfərinə görə təşəkkür edib.

Mövsüm